"Sevimli xordalılar" adlı dərs keçirildi

Biologiya aylığı çərçivəsində müxtəlif siniflərdə maraqlı dərslər keçirildi. Bunlardan biri də 7 b sinfində keçirilən xordalılar mövzusunda olan dərs idi. Dərs zamanı xordalılar tipinin müxtəlifliyi, onları səciyyələndirən əsas əlamətlər haqda  məlumatlar verildi. Sonra şagirdlər biologiya aylığı çərçivəsində məktəbdə yaradılmış canlı guşə ətrafında toplaşaraq əyani şəkildə onlarla tanış oldular. Canlı guşədə müxtəlif balıq növləri və sürünənlər yer almışdı ki, bu da mövzuların şagirdlər tərəfindən mənimsənilməsinə kömək edir və biologiya fənninin daha da sevilməsinə səbəb olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi