Mən səhnədəyəm
Bu gün məktəbimizin VI siniflərində “Mən səhnədəyəm” adlı musiqili tamaşa təqdimatları keçirildi. Ədəbiyyat aylığı çərçivəsində baş tutan bu tədbirdə şagirdlər müxtəlif əsərlərdən səhnəciklərlə çıxış etdilər. “Dədə Qorqud”, “Koroğlu” dastanlarından bir parça, “Arşın mal alan”. “İsgəndərnamə” əsərlərindən, Krılovun təmsilləri və digər bədii nümunələrdən səhnəciklər izləyənlər tərəfindən böyük rəğbətlə qarşılandı. Müxtəlif obrazları canlandıran 6-cılar yaratdıqları personajların bütün xarakterik xüsusiyyətlərini səhnədə məharətlə nümayiş etdirə bildilər. Şagirdlər tərəfindən səhnəciklərin hazırlanması və təqdimatında məqsəd ədəbiyyatın və teatrın maarifləndirici rolunu, ictimaiyyətin inkişafı üçün əhəmiyyətini vurğulamaqdan ibarət idi. Şagirdlər özləri yaratdıqları rollar ilə gerçəkliyin bədii inikasını verən, incəsənətin son dərəcə mürəkkəb və maraqlı növlərindən olan bu sənət növünün onların zövqünün formalaşmasında böyük təsirini də vurğuladılar.