SİZ DƏ BİZƏ QOŞULUN!

03.11.2016-cı il tarixində məktəbimiz "İnfotibb" beynəlxalq sağlamlıq jurnalının əməkdaşları ilə birlikdə "Ürəkdən ürəyə - ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək" xeriyyə aksiyasına qoşuldu. Aksiya çərçivəsində məktəbimizin şagirdləri, müəllimləri və valideynləri ağır qan xəstəliyindən əziyyət çəkən Zamin Həsənliyə kömək etməyi qərara aldilar. Hamimiz birlikdə Zamingilə getdik, onun valideynləri ilə tanış olduq, aldığımız hədiyyələri onlara təqdim etdik. Uşaqlar Zaminlə səmimi söhbət etdilər, ona məktəbimiz haqqında məlumat verdilər. Balaca Zamin yeni dostlarının gəlişinə çox sevindi, hamını dekabrın 20-də öz ad gününə dəvət etdi. Sonda xatirə şəkilləri çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi