9-cu siniflərdə psixoloji təlim

     14.04.2022-ci il tarixdə Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “ İmtahan həyəcanı və onun aradan qaldırılması”  mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada müəllimlər, 9-cu sinif şagirdləri iştirak edirdilər. Məktəbin psixoloqu Arzu Məmmədova şagirdlərə qarşıdan gələn buraxılış imtahanında müvəffəqiyyət arzulayaraq, mövzu ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, imtahandan qabaq həyəcan hissinin olması normal haldır. Sadəcə həyəcan hissinin dərinləşməsinə və imtahan nəticələrinə mənfi təsir göstərməsinə yol vermək olmaz. Həyəcanı idarə etmək üçün şagirdlərə müxtəlif psixoloji texnikalar təqdim olundu, imtahandan əvvəl və imtahan günü üçün tövsiyələr verildi. Dəyirmi masanın sonunda  müəllim və şagirdlərlə birlikdə mövzu ətrafında fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi