Azadlıq çərpələngi
"Şuşanın işğalından 20 il keçirdi. Fəridə müəllimə və şagirdləri Qarabağ şəhidlərini hüznlə yad edirdilər. Telli, Aslan, Paşa əzizləri üçün çoooox darıxırdılar.Onlar burda olduqlarını, daim əzizlərini xatırladıqlarını bildirmək üçün göylərə çərpələng uçurtdular"
Və budur, artıq 30 il keçdi. M. Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3b sinif şagirdləri oxuduqları hekayənin qəhrəmanlarına məktub yazdılar:
-"Bir az da səbr edin. Prezidentimizin sərəncamı ilə bu il "Şuşa ili" elan edildi. Bilirsiniz niyə?! - Şuşanı qaytardıq! Nəinki Şuşanı, düşmən tapdağında olan torpaqlarımızı da... Ancaq bu heç də asan olmadı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın birliyi sayəsində bu gün qürur hissi keçiririk."
Sonra 3b sinif şagirdləri çərpələnglərini hazırladılar. Azərbaycan Dövlət Himnini oxudular. Ömür boyu borclu olduqları şəhidlərimizi andılar. Budur, artıq "Azadlıq çərpələnglərimiz" göylərdə süzür.
Zahid Xəlilin "Çərpələng" hekayəsinin motivləri əsasında...