Azərbaycan dili və ədəbiyyat aylığına yekun vuruldu
Bu gün oktyabr ayı boyunca davam edən Azərbaycan dili və ədəbiyyat aylığına yekun vuruldu. Aylıq çərçivəsində bütün müəllimlərin dərsləri dinlənildi, açıq dərslər, məqbullar, debatlar keçirildi. Yazı bacarıqlarının yoxlanılması məqsədilə 5-10-cu siniflərdə direktoryanı yoxlama yazı işləri keçirildi. Mütaliə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində 9-cu siniflərdə C.Cabbarlının, G.Mopassanın, C.Londonun, E.Elatlının əsərləri müzakirəyə çıxarıldı. Nizami Gəncəvinin 875 illiyi ilə əlaqədar yuxarı sinif şagirdləri onun dünya şöhrətli “Xəmsə”sini təhlil etdilər. Şagirdlər əvvəlcədən tətib olunmuş qrafik üzrə Azərbaycan dili fənni üzrə məqbullar verdilər. Valideynlər də bu məqbullarda böyük həvəslə iştirak etdilər. Onlar zaçotları çox müsbət qiymətləndirdilər və gələcəkdə bütün fənn aylıqları üzrə belə zaçotların keçirilməsini tövsiyə etdilər. Azərbaycan dili və ədəbiyyat aylığı «Kitabi- Dədə Qorqud» dastanından boyların səhnələşdirilməsi ilə başa çatdı.