ƏLİFAĞA YENƏ BİRİNCİDİR !

Məktəbimizin 7-ci sinif şagirdi Haqverdiyev Əlifağa kikboksinq idman növü üzrə yerli və beynəlxalq yarışlarda dəfələrlə birincilik qazanmışdır. Azərbaycan Juboksinq Citsu Federasiyasının prezidenti Sənan Ağakişiyev və Əlifağanın məşqçisi Muxtar Allahverdiyev onun böyük istedada malik olduğunu bildirirlər. Yalnız oktyabr ayında Əlifağa iki böyük uğur əldə etmişdir : oktyabrın 2-də Free Fighting Döyüş sistemləri üzrə açıq Festivalda birinci yerə , oktyabr ayının sonunda isə Gürcüstanda keçirilən beynəlxalq Kikboksinq yarışlarında birinci dərəcəli diploma layiq görülmüş və bununla da yeniyetmələr arasında keçirilən dünya çempionatına vəsiqə qazanmışdır. Onun bu qələbəsinə valideynləri ilə bərabər , bütün məktəb kollektivi və sinif rəhbəri Səkinə Əhmədova da sevinir. Bakıda yeniyetmələr və gənclər arasında keçiriləcək Kikboksinq üzrə dünya çempionatında Əlifağaya vətənimizi layiqincə təmsil etməyi arzulayırıq!