“Sehrli torba” hekayəsi əsasında açıq dərs

24 oktyabr 2016-cı il tarixində məktəbimizin 2 ç sinfində Gülşən Orucovanın “Sehrli torba” hekayəsi əsasında açıq dərs keçirildi. Sinif müəllimi Sevda Ağayeva şagirdləri qruplara bölərək, ”Pis əməllər törədən uşağı tərbiyə etmək olarmı ?” sualı ilə sinfə müraciət etdi. Qruplar bu sual əsasında tədqiqat işi apardılar. Təqdimat zamanı şagirdlər “Sehrli torba” hekayəsini kiçik hissələrə ayıraraq səhnələşdirdilər. Tədqiqat nəticəsində şagirdlər belə bir qənaətə gəldilər ki, hətta pis insanı belə yaxşı əməllərlə xeyirxah insana çevirmək olar. Tədbirdə ibtidai siniflər üzrə direktor müavini Tahirə Məmmədbəyova , sinif müəllimləri və valideynlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi