31 Mart Soyqırımı Günü qeyd edildi

1918-ci ilin 31 mart və 5 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişdirlər. Rəsmi mənbələrə asasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Hər il olduğu kimi bu il də yaddaşlara qanlı hərflərlə yazilan bu tarix məktəbimizin şagirdləri tərəfindən yad edildi. Təşkil olunmuş dəyirmi masada tarix müəllimləri 31 Mart ilə bağlı məlumatlar verdilər və şagirdlər bir əsrdə iki dəfə məruz qaldığımız soyqırımlarla bağlı fikirlərini bildirdilər,

Sonda məktəb rəhbərliyinin, tarix müəllimlərinin və şagirdlərimizin iştirakı ilə Quba Soyqırımı Memorial  Kompleksinə ekskursiyadan hazırladığımız qisametrajlı film şagirdlərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi