"Novruz folklorda"

“Bahar çələngi” adlı silsilə tədbirlər sırasında məktəbimizin kitabxanasında da  “Novruz folklorda” adlı tədbir keçirildi. Tədbirdə VIII-X sinif şagirdləri iştirak edirdilər. Xalqımızın adət-ənənələrini özündə əks etdirən Novruz bayramı maraqlı mövzulardan biri kimi hər zaman ədəbiyyatımızda, eləcə də folklorda xüsusi yer tutmuşdur. Yazıçıların, şairlərin diqqətini çəkən bu mövzu şagirdlərin də mövzuya marağını artırdı. Onlar folklor nümunələrinin, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Xosrov və Şirin”, Molla Pənah Vaqifin əsərlərindən Novruz bayramı ilə bağlı məqamları diqqətə çatdırdılar. Bu adət-ənənələrin şifahi xalq ədəbiyyatı yaradıcılığında, xüsusən klassik ədəbiyyatda açıq-aşkar özünü göstərməsindən söhbət açaraq çərşənbə süfrələrindən, cürbəcür şirniyyatlardan, xalq deyimi ilə desək, “7 cür nemət”ləri də vurğuladılar. Şagirdlər bayatıları bir-birlərinə ötürərək Novruz mərasimini səciyyələndirən ən vacib ritual motivləri özündə cəmləşdirən “torba sallama”, “qapıpusma” kimi adətləri vurğuladılar. Sonra şagirdlər folklor nümunəsi olan yanıltmacları müəllimlərə təqdim edərək birlikdə əyləndilər. Novruz adət-ənənələrini özündə cəmləşdirən tədbirin yekunu şagirdlərin yallı rəqsi ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi