“Vətənin müdafiəsinə hazıram” adlı böyük tədbir keçirildi

Bu gün Yasamal rayon İcra Hakimiyyətində “Vətənin müdafiəsinə hazıram” adlı böyük tədbir keçirildi. Tədbir Yasamal rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçirildi. Tədbirin bədii hissəsində Yasamal rayon məktəbliləri də iştirak edirdi. Məktəblilər arasında M. Müşfiq adına 18№ -li məktəbin 10 a sinif şagirdi Aydan Göyüşlü də iştirak edirdi. Aydanın ifasında səslənən “Silahlan” şeiri salondakıların böyük marağına səbəb oldu. Sonda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hər kəsə təşəkkür edərək, hər zaman vətənin müdafiəsinə hazır olmaqlarını tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi