Novruz adət-ənənələri
Baharın gəlməsi ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, bu günümüzə qədər gəlib çatmışdır. İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı dövlət səviyyəsində qeyd edilir.Respublikanın hər yerində olduğu kimi məktəbimizdə də “Bahar çələngi” adlı silsilə tədbirlər keçirilir. Məktəbimizin 3b sinfində ”Novruz adət ənənələri” mövzusunda açıq dərs kecirildi. Tədbirin əvvəlində şagirdlər ilin fəsilləri və bayramlarla bağlı sualları cavablandırdılar. Novruz bayramının fərqliliyi haqqında danışıldı. Novruz ənənələrindən biri olan torba, xurcun sallamaq kimi adətləri şagirdlər tərəfindən həyata keçirildi. İsmayıl Şıxlının Novruz bayramının adət ənənələrini özündə əks etdirən “ Dəli Kür” filminin fraqmentləri şagirdlərə təqdim olundu. Filmdə torba sallamaq, tonqaldan tullanmaq, qulaq falına çıxmaq, səməni yetişdirmək, üzük falına baxmaq kimi və bir çox adətlərə müasibət bildirildi. Tədbirin sonunda bütün istirakçilar Novruz yallısını nümayiş etdirdilər.