22.10.2016- cı il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında məktəblilər arasında Bakı şəhəri üzrə “Şən və Hazırcavablar Klubu” festivalı keçirildi. İştirakçılar arasında məktəbimizin komandası da ilk dəfə yer aldı.”Şəhər uşaqları” adı altında çıxış edən şagirdlərimiz tamaşaçıların və münsiflərin diqqətini özlərinə çəkə bildilər. Öz maraqlı çıxışlarına görə komanda üzvləri kubokla təltif olundular. Komandamızı təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayırıq!