“Müasir dünyanın ekoloji problemləri” mövzusunda dəyirmi masa keçirildi

Bu gün M.Müşfiq adına 18№- li məktəbdə uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, bu sahədə problemlərin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi, ətraf mühitin korlanmasına qarşı barışmazlıq hisslərinin aşılanması məqsədi ilə “Müasir dünyanın ekoloji problemləri” mövzusunda dəyirmi masa keçirildi. Mühazirənin mövzusu muasir dünyanın ekoloji problemləri idi. Ekologiya və Təbii Sərvətlər Departamentinin baş məsləhətçisi Nazim Məmmədov və aparıcı məsləhətçi Elşən Hüseynovun mühazirələri şagirdlər tərəfindən maraqla dinlənildi. Mühazirədə son illər ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən böyük layihələrdən, su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasından, biomüxtəlifliyin qorunması, atmosferin mühafizəsi, torpaqların deqradasıyasının qarşısının alınmasından, o cümlədən neft və digər tullantılarla çirklənmiş sahələrin təmizlənməsindən söhbət açıldı. Şagirdlər görüşdə fəal iştirak etdilər, mühazirəçilərə onları maraqlandıran suallarla müraciət edərək, dolğun cavablar aldılar.