"Xarakter xüsusiyyətlərimiz" adlı dərs keçirildi

04.03.2022 - ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ”  layihəsi üzrə sonuncu dərs keçirildi. 45 dəqiqəlik dərsin mövzusu “ Xarakter xüsusiyyətlərimiz ” idi. Dərsin məqsədi şagirdlərlə birlikdə 15 həftə ərzində keçirilən dərsləri ümumiləşdirməkdən, xarakter xüsusiyyətlərinə bir daha nəzər salmaqdan ibarət idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, 15 həftə ərzində bir –birindən maraqlı mövzuları əhatə edən dərslər keçirildi. Bəzən xəyal quraraq, bəzən düşünərək, bəzən əylənərək bir çox xarakter xüsusiyyətləri üzərində çalışdıq. Bu gün keçilən mövzularla bağlı duyğu və düşüncələrimizi bölüşəcəyik. Sonra 15 həftə ərzində keçilən xarakter xüsusiyyətlərinin adları lövhəyə proyeksiya olunaraq təkrar nəzərdən keçirildi. Şagirdlər qrup şəklində əvvəlki mövzuları təhlili etdilər. Dərslər sayəsində əldə olunan müsbət dəyişikliklərin, davranışların, xarakter xüsusiyyətlərinin ətraflı təhlili ilə sonuncu dərs yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi