"Kədər Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir
25.02.2022 ci il tarixdə məktəbimizin 2e sinif şagirdləri də Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə qoşuldular. Şagirdlər erməni vandallarının 30 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımıza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməllərinin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Öz çıxışlarında balacalar uşaq hüquqlarının ciddi şəkildə pozulduğunu da qeyd etdilər. Sonra onlar tədbirdə ədəbi bədii kompozisiyalarla çıxış edərək öz balaca dünyalarındakı ağrı-acını dilə gətirdilər. Tədbir zamanı uşaqlar tərəfindən çəkilən rəsm işləri də nümayiş olundu.