Təvazökarlıq gözəl insani xüsusiyyətdir –adlı dərs keçirildi
28.02.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiq əsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik dərs “Təvazökarlıq gözəl insani xüsusiyyətdir ” mövzusuna həsr olunmuşdur. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bu gün təvazökarlıqla bağlı mövzunu müzakirə edəcəyik. Şagirdlər mövzu ilə bağlı suallara cavab verdikdən sonra lövhəyə proyeksiya olunan davranış nümunələrini qırmızı və yaşıl kartlardan istifadə etməklə cavablandırdılar. Belə ki, lövhədə proyeksiya olunan davranış nümunəsinə uyğun olaraq yaşıl kart doğru, qırmızı kart isə yanlış davranışı təmsil edirdi. Sonra şagirdlər onlara paylanan çalışma vərəqələrində lövhədə nümayiş etdirilən yanlış davranış nümunələrini düzəltdilər. Könüllü şagirdlər düzəliş etdikləri davranış nümunələrini siniflə bölüşdülər. Təvazökarlıqla bağlı çoxsaylı davranış nümunələrinin verildiyi dərs şagirdlərə ev tapşırığının verilməsi ilə sona çatdı.