Yaddaşımın yarası-Xocalı

Tariximizin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar olaraq məktəbimizdə müxtəlif silsilə tədbirlər keçirilir.Bu tədbirlərdən biri “ Yaddaşimin  yarası –Xocalı” adlı kiçik tamaşa idi. Şagirdlər  tərəfindən hazırlanmış tamaşada  Xocalı  faciəsi zamanı təcavüzkar ermənilərin uzun illərdən bəri Azərbaycana qarşı  həyata keçirdikləri  planlaşdırılmış etnik  təmizləmə və vəhşilik öz əksini tapmışdır. Tamaşadakı hadisələr real həyatdan götürülərək  səhnələşdirilmişdir.Təqdim olunan səhnəcikdə otuz ildən bəri yurd- yuvasına həsrət qalan Ana simvolu  əks olunmuşdu. Otuz il bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz  dəhşətini  qəlbində daşıyan Ana nəhayət müzəffər ordumuzun  şanlı qələbəsindən  sonra rahatlıq tapır və faciə zamanı həlak olanların qisasının alındığını  vurğulayır, bütün Azərbaycana gözaydınlığlı verir. Tamaşa  hamı tərəfindən çox böyük maraqla qarşılandı.Tədbirdə Yasamal rayon icra hakimiyyətinin əməkdaşları və qonaqlar da iştirak edirdi. Tədbirin yekununda  məktəb direktoru Rəna Süleymanova iştirakçılara yaratdıqları bu təsirli  və qürurverici obraza  gorə təşəkkür etdi. Cıxış edən qonaqlar şagirdlərə bu tarxi   faciəni hec zaman yaddaşlarindan silməməyi və gələcək nəsillərə ötürməyi tövsiyə etdilər.                                      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi