Özünü bağışla, yoluna davam et!- adlı dərs keçirildi

i

   21.02.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Özünü bağışla, yoluna davam et!” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bu gün maraqlı bir mövzudan bəhs edəcəyik. Etdiyimiz səhvləri nəzərdən keçirib nəticə çıxaracaq, özümüzü bağışlayacaq, həyatımıza xoşbəxt şəkildə davam edəcəyik. Sonra şagirdlər təlimata uyğun olaraq bir-birinin ardınca maraqlı tapşırıqlar icra etdilər. Hər kəs etdiyi səhvləri yada saldı, öz hərəkətlərini təhlil edib səhvlərdən nəticə çıxardı. Mövzu ətrafında maraqlı fikir mübadiləsi ilə dərs yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi