Mənalı həyat !- adlı dərs keçirildi

16.02.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Mənalı həyat!” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bu gün mənəviyyat, əzmkarlıq, qrup çalışmasının əhəmiyyəti ilə bağlı maraqlı mövzu müzakirə olunacaq. Mövzu sayəsində həyatımıza məna qatan şeyləri, başladığımız işi sona çatdırmanın əhəmiyyətini, qrup üzvü kimi üzərimizə düşən vəzifələri vaxtında yerinə yetirmənin vacibliyini daha yaxşı dərk edəcəyik. Şagirdlər mövzu ilə bağlı suallara cavab verdikdən sonra qruplara ayrıldılar. İş qruplarda davam etdirildi. Hər qrup dibçəkdə gül əkdikdən sonra paylanan çalışma vərəqələrində qrup üzvlərinin bitkiyə qulluqla bağlı vəzifə bölgüləri aparıldı. Sonra şagirdlər onlara verilən çalışma vərəqələrində həyatlarına məna verən insanlar, hadisələr və s. haqqında düşüncələrini yazdılar, rəsm çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi