Ehtiyatlı ol, tədbirli ol!
14.02.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Ehtiyatlı ol, tədbirli ol!” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Ehtiyatlı, tədbirli olmağın insan həyatı üçün vacib olduğu xüsusi vurğulandı. Bildirildi ki, şagirdlər üçün bu mövzuda maarifləndirmə xüsusilə əhəmiyyətlidir. Belə ki, maarifləndirmə sayəsində şagirdlər məktəbdaxili və məktəbdənxaric riskli yerləri, hadisələri daha yaxşı fərqləndirəcək, xoşagəlməz hallarla rastlaşmamaq üçün ehtiyatlı olacaqlar. Şagirdlərə daha sonra bildirildi ki, tədbirli, ehtiyatlı insanlar həyatda uğur qazanmağa daim yaxın olurlar. Şagirdlər mövzu ilə bağlı onlara ünvanlanan sualları cavablandırdıqdan sonra qruplara ayrıldılar. Qrup üzvləri onlara paylanan çalışma vərəqələrini işlədilər. Müxtəlif risklər və onların qarşısını almaq üçün görülən tədbirləri özündə əks etdirən çalışma vərəqələri qrup üzvləri tərəfindən təqdim olunduqdan sonra qruplararası müzakirələr aparıldı.
Dərsin sonunda şagirdlərə ailə üzvləri ilə birlikdə işləmələri üçün ev tapşırığını özündə əks etdirən çalışma vərəqələri paylanıldı.