"Ruhların qisası" adlı dəyirmi masa

Məktəbimizdə "20 Yanvar" faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də "Ruhların qisası" adlı dəyirmi masanın təşkilidi. Mühakimə xarakterli tədbirdə iştirak edən X sinif şagirdləri bu faciənin tarixdə təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasını qeyd etdilər. Xalqımızın başına gətirilən cinayətə hərə öz baxış bucağından yanaşaraq fikir mübadiləsində iştirak etdilər. Bəşəriyyət və insanlıq əleyhinə törədilmiş bu dəhşətli əməlin ən ağır cinayət olduğunu vurğulayaraq,  "Ruhların qisası" adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi