Dünyanı sevgi gözəlləşdirəcək!-adlı dərs keçirildi
17.01.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Dünyanı sevgi gözəlləşdirəcək!” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bugünkü dərs son dərəcə maraqlı,vacib bir mövzuya həsr olunub. Sevgi insanların həyatında mühüm yer tutur. Sevgisiz həyat mümkün deyil. Bu baxımdan insanların bir-birini sevməsi, sevgisini ifadə etmək bacarığı, sevdiyi insanı xoşbəxt edə bilmək üçün səy göstərməsi çox əhəmiyyətlidir. Psixoloqun verdiyi izahatın ardından uşaqların sevgi ilə bağlı verilən suallara maraqlı cavabları oldu. Sonra şagirdlər sevdikləri bir insana sevgi dolu məktub yazdılar. Həmin məktub şagirdlər tərəfindən rəngli kağızlardan hazırlanmış zərflərə yerləşdirilərək müxtəlif rəsmlərlə bəzədildi. Növbəti tapşırıqda şagirdlər plastilindən sevdikləri insana hədiyyə hazırladılar.
Sonra şagirdlər dərs boyu özlərini necə hiss etdiklərindən, sevdikləri insana məktub yazarkən, onun üçün hədiyyə hazırlayarkən hansı hissləri keçirdiklərindən danışdılar.
Sonda şagirdlərə sevdikləri insana məktub və hədiyyəni təqdim edərkən hər iki tərəfin hiss etdiklərini qeyd edib növbəti dərsdə bu haqda məlumat vermələri tapşırıldı.