Məktəbəhazırlıq qruplarının açılışı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmlərinə əsasən 2016-2017- ci tədris ilindən etibarən beşyaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmuşdur. M.Müşfiq adına 18№-li məktəbdə də hər birində 30 şagird olmaqla 3 məktəbəhazırlıq qrupu açıoktyabrın 3-də beşyaşlı uşaqlar üçün təntənəli şəkildə ilk dərs günü keçirildi. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bu dövr ərzində uşaqlarda oxumaq həvəsinin yaradılması, onların məktəbə müsbət emosional münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması, onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılması üçün müəyyən şərait yaradılır. Açılan qruplarda tədris alan uşaqlar üçün konsert proqramı təşkil olundu, sinif otaqları bəzədildi. Beşyaşlılar böyük sevinc və həvəslə məktəbə qədəm qoydular. Açılışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdir əvəzi Avaz Yusifov da iştirak etdi.