"Ədalətli ol, cəsur ol!" - adlı dərs keçirildi
07.01.2022 - ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Ədalətli ol, cəsur ol!” idi. Dərsin məqsədi şagirdlərə ədalət və cəsurluğun vacib xarakter əlaməti olmasını çatdırmaqdan, haqsızlığa qarşı susmağın düz olmadığını aşılamaqdan ibarət idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bullinq eyni yaş qrupundakı uşaqların tək və ya qrup halında başqa bir uşağa qarşı davamlı olaraq fiziki, sözlü və ya kiber zorakılıq etməsidir. Bu davranışlar fiziki şiddət, təcrid etmək, ləqəblər qoymaq, fiziki əlamətlərə görə lağ etmək və s. kimi hərəkətlərlə ifadə oluna bilər. Bütün bu hallar baş verərkən ən pis hal tamaşaçı mövqeyi tutmaq və ədalətsizliyə qarşı səssiz qalmaqdır. Şagirdlərin mövzunu daha yaxşı başa düşmələri üçün dərs prosesində müxtəlif əyani vəsaitlərdən istifadə olundu. Bullinq mövzusuna şagirdlər rollu oyunları ilə daha da aydınlıq gətirdilər. Rollu oyunların ardından mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, şagirdlər bullinq zamanı tərəflərin keçirdiyi hisslər haqqında danışdılar.
Dərsin sonunda şagirdlər üzərində “Ədalətli ol, cəsur ol, tamaşa etmə, mane ol!”-şüarı yazılmış bilərzikləri istədikləri kimi şəkillərlə bəzəyərək biləklərinə taxdılar.