Bayramınız mübarək, əziz müəllimlər!

05.10.2016- cı ildə M.Müşfiq adına 18№- li məktəbdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş "b.s.s@18" ("Biz Sizi Sevirik@18") adlı əyləncəli tədbir keçirildi. Təqvimdə yer alan bu peşə bayramının səbəbkarları şagirdlərimiz tərəfindən təbrik olundu. Hamıya ömürlərindən pay verən müəllimlərinə xoş ovqat bəxş edən şagirdlərimiz bir-birindən gözəl, maraqlı və şən konsert proqramı ilə çıxış etdilər. Cəhaləti elmin qılıncıyla yox edən, qəlbləriylə insanlara böyük örnək olan, həyatını şagirdləri üçün şam kimi əridən, zülməti yaran nur sahiblərinin bu peşə bayramını təbrik edir, onlara bu ağır və şərəfli yolda səbr və təmkin arzulayırıq. Bayramınız mübarək, ƏZİZ MÜƏLLİMLƏR!