Keçid adaptasiyası

Sentyabrın 30-da M.Müşfiq adına 18№-li tam orta məktəbin psixoloqu Məmmədova Arzu Elxan qızı tərəfindən ” İbtidai təhsil pilləsindən ümumi orta təhsil pilləsinə keçid - Şagirdlərin Adaptasiyası” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada müəllimlər və valideynlər iştirak edirdi. Çox aktual mövzuya həsr olunmuş bu dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərin adaptasiya prosesini rahatlıqla keçirməsi, çətinliklərin aradan qaldırılması, şagirdlərə psixoloji yardım göstərilməsi idi. Valideynlərə müvafiq tövsiyələr verildi, anket sorğusu keçirildi. Şagirdlərin adaptasiya prosesini müvəffəqiyyətlə başa vurması üçün psixoloq-müəllim-valideyn əməkdaşlığının rolu xüsusilə qeyd olundu. Həmçinin psixoloq Samirə Əliyeva da bu tədbirdə iştirak edərək öz tövsiyələrini valideynlərə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi