"Xoşbəxt gələcək bu gündən başlayır" adlı dərs keçirildi
24.12.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik dərsin mövzusu “ Xoşbəxt gələcək bu gündən başlayır ” idi. Məktəbn psixoloqu Arzu Məmmədova tərəfindən şagirdlərə mövzu ilə bağlı hekayə oxundu. Sonra bildirildi ki, bütün insanlar gələcək həyatları ilə bağlı xəyal edir, planlar qururlar. Lakin hər xəyal gerçək olmur. İnsan xəyalın gerçək olması üçün əzmlə çalışmalı, zəhmətkeş olmalı, qarşıya çıxan çətinlikləri aradan qaldırmağı bacarmalıdır. Şagirdlər “Xəyal etdiyim gələcək” mövzusunda çəkdikləri rəsmləri qaba yerləşdirərək sinifdə hazırlanmış “xəyali dəniz”ə atdılar. Bildirildi ki, bu insanların xəyallarının gerçək olması üçün qədim ənənədir. İnsanlar keçmişdə də öz xəyallarını yazaraq şüşə qabın içində dənizə atar və onların həyata keçməsini gözləyərmişlər. Lakin onların içərisində yalnız zəhməti sevən, xəyallarının həyata keçməsi üçün gecə-gündüz çalışan insanların xəyalları çin olarmış. Odur ki, xəyal etmək azdır. İnsan xəyalın gerçəyə çevrilməsi üçün əzmli və iradəli olmalı, zəhməti sevməli, çətinliklərdən qorxmamalıdır. Şagirdlərə mövzu ilə bağlı yerinə yetirmələri üçün çalışma vərəqələri paylandıqdan sonra dərs yekunlaşdı.