Peşə dünyasına səyahət

“Peşəyönümü xidmətinin təşkili üzrə” təqdim olunan Fəaliyyət Planına əsasən, bu gün 4b sinfində “Peşə dünyasına səyahət” adlı tədbir keçirildi. Şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan dərs zamanı peşələr haqqında müxtəlif məlumatlar tədris prosesinə inteqrasiya edildi. Dərs zamanı şagirdlər arasında peşə əldə etmək üçün həvəsləndirmə oyunları keçirildi. Ayrı-ayrı peşələri təsvir edən şagirdlər oyun şəklində obrazlarla peşə aləminə sanki səyahət etmiş oldular. İbtidai siniflərdə peşəyönümünə dair tədbirlərin keçirilməsində məqsəd yaş xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif peşələr haqda ilkin məlumatları nəzərə çatdırmaq, onların meyl və maraqlarını öyrənərək düzgün istiqamətdə peşəözünütəyinində ilkin köməyi göstərməkdən ibarətdir. Bu kimi silsilə tədbirlər məktəb üzrə müxtəlif yaş kateqoriyalarını əhatə etməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi