"Scientist for a day" müsabiqəsində ekoklub üzvünün yeni uğuru
20 dekabr 2021-ci il tarixində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, NASA və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilən məktəblilər arasında "Scientist for a day" (Bu günün alimi) inşa-yazı müsabiqəsi yekunlaşdırılıb. Müsabiqənin məqsədi məktəblilərin astronomiya və kosmonavtika sahəsində biliklərinin, intellektual və yaradıcı qabiliyyətinin inkişafı etdirilməsindən, müxtəlif kosmik obyektlər, xüsusilə Uran planeti və onun peykləri Ariel, Oberon, Titania haqqında məlumatlarının artırılmasının təmin edilməsindən, kosmik tədqiqatlar sahəsinə maraq yaradılmasından ibarətdir. 3 yaş qrupu (V-VI; VII-VII; IX-XI siniflər) üzrə keçirilən müsabiqənin 106 iştirakçısından 61 məktəbli final mərhələsinə vəsiqə alıb.İnşa yazıları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, b.f.d. Firuzə Sultan-zadə, Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universiteti “Astrofizika” kafedrasının müdiri Kəmalə Alışova, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətai, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri Mirnamiq Bəşirov, Aynur Abdulkərimova və Aynurə Məsimova tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin qərarı ilə 61 iştirakçı arasında Rəhimli Südabə (Hacıqabul rayonu Qızılburun kəndi İ.Məmmədov adına tam orta məktəb, 41 bal) Beynəlxalq qalib (National winner), Talıbov Amin (Respublika Kimya Biologiya Liseyi, 40 bal), Hüseynzadə Nihal (Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-lisey, 39 bal), İbrahimli Şəbnəm (Bakı şəhəri Səttar Bəhlulzadə adına XDTG, 37 bal) və Dadaşova Solmaz (M.Müşfiq adına 18 nömrəli tam orta məktəb, ekoklub üzvü, 36 bal) Beynəlxalq finalist (National finalist) adına layiq görülüblər.
Müsabiqədə “Titania peyki” adlı inşa yazısı ilə iştirak edən M.Müşfiq adına 18 nömrəli məktəbin 6c sinif şagirdi, “Ekoerudit” ekoklubun üzvü Solmaz Dadaşovaya Amerika Milli Kosmik Agentliyinin (NASA) xüsusi diplomu və hədiyyə təqdim olunub.