"Mən hələ böyüməmişəm!" adlı təlim keçirildi

17.12.2021-ci il tarixdə Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “ Mən hələ böyüməmişəm “ adlı erkən nikahlarla bağlı təlim keçirildi. Təlim 7-ci sinif şagirdlərinin erkən nikahlar, onların törətdiyi fəsadlarla bağlı maarifləndirilməsi məqsədilə təşkil olunmuşdur.  Mövzu ilə bağlı məktəbin psixoloqu Arzu Məmmədova ətraflı  məlumat verdi. Erkən nikahların səbəb olduğu sosial, psixoloji, fizioloji fəsadlar hər biri ayrı-ayrılıqda təlim iştirakçılarının nəzərinə çatdırıldı. Bildirildi ki, erkən nikah nəinki ayrı- ayrı şəxslər, ümumilikdə cəmiyyət üçün sağalmaz yaralara səbəb olur. Sonra təlim- tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova, tibb bacısı Ramidə Həsənova,  “ Məktəblinin dostu “ layihəsinin əməkdaşları Nigar Abbasova,  Aytəkin Qəhrəmanlı, məktəbin işçisi Məmmədova Günel mövzu ilə bağlı şagirdlərə öz tövsiyələrini verdilər. Şagirdlərin sualları cavablandırıldı və onlar da məsələyə öz münasibətlərini bildirdilər. Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan sonra təlim yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi