Çeşidləmə nədir?
Tədbirlər planına əsasən, məktəbimizdə mütamadi olaraq məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərdən biri bu gün 4b sinfində “Çeşidləmə nədir?” mövzsuna həsr olunmuş maarifləndirmə və produktiv şəkildə təşkil olunan tədbir idi. Şagirdlər bərk məişət tullantılarının çeşidlənməsinin, yığılmasının, idarə olunmasının, ölkədə təkrar emal sahəsinin inkişaf etdirilməsinin faydalarından söhbət açdılar. Dördüncülər onu da vurğuladılar ki, çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azalır. Bundan əlavə, məişətdə əmələ gələn batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən, bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilir.
Çeşidləmənin üstünlüklərini sadalayaraq, ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılmasından, təbii ehtiyatlara və enerjiyə qənaətindən, təkrar emala yararlı və ucuz xammal bazarınin yaranmasından və tullantılariı həcminin azaldılmasından danışdılar. Şagirdlər həmçinin bərk məişət tullantılarının idarə edilməsi prosesinin günü-gündən gözəlləşən və inkişaf edən Bakımızın ekoloji sağlam mühitinə müsbət təsir göstərəcəyindən söz açdılar. Layihənin sonunda onlar maraqlı təqdimat etdilər. Belə ki, tullantılardan müxtəlif əşyalar düzəldən şagirdlər öz əl işlərini tədbirdə iştirak edənlərə nümayiş etdirdilər. Gün ərzində bu əl işləri məktəbin foyesində sərgiləndi və hər kəs tərəfindən böyk marağa səbəb oldu. Biz də öz növbəmizdə onları sizlərə təqdim edirik.