Təbriklər, gözəl ürəklilər ! - adlı dərs keçirildi

       10.12.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “ Təbriklər gözəl ürəklilər ” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, gözəl ürəyə malik olmaq ən vacib insani dəyərlərdəndir. Məhz qəlbi gözəl insanlar həm özlərini, həm də ətraflarını xoşbəxt etməyi bacarırlar. Gözəl ürəyə malik insanlar hər kəs tərəfindən sevilir, hamı onlarla ünsiyyətə can atır. Bu cür insanlar başqalarına qarşı xoşrəftar olur, hamının xoşbəxtliyini və rifahını düşünür, yardım etməyi sevirlər. Qayğıkeşlik gözəl ürəkli insanlara xas olan ən vacib xüsusiyyətlərdəndir. 

Sonra şagirdlər mövzuya münasibət bildirdilər. Gözəl ürəyə malik olan insanların davranışları həyati nümunələrlə əsaslandırıldı.

     Şagirdlər onlara paylanılan çalışma vərəqələrində özlərinə aid olan ən yaxşı, xeyirxah davranışları qeyd etdikdən sonra iş qruplar şəklində davam etdirildi. Onlar xeyirxah, təqdirəlayiq  davranışlarını yoldaşları ilə paylaşdılar. Şagirdlər  yoldaşlarının  ən yaxşı davranışlarını təqdir edərək bir- birlərinə hədiyyələr təqdim etdilər.

      Növbəti həftə sinifdə “ Gözəl ürək, gözəl davranış “ həftəsi qeyd olunduqdan sonra dərs sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi