Əylənərək öyrənirik adlı dərs keçirildi

06.12.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Əylənərək öyrənirik!” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, bu gün öyrənmə sevgisi ilə bağlı mövzunu müzakirə edəcəyik. Bir şeylə maraqlanmaq və onun haqqında həvəslə yeni biliklər əldə etmək, məlumatlar toplamaq çox gözəl davranış və insanlar üçün inkişaf yoludur. Bu dərsimizdə də birlikdə yeni məlumatlar əldə edib yeni biliklər qazanacağıq. Şagirdlər “Yeni biliklər əldə etmək nə üçün vacibdir?”, “Maraqlandığınız bir şeyi öyrəndiyinizdə nə hiss edirsiniz?” kimi sualları cavablandırdılar. Sonra şagirdlərin hər birinə bir şar və kiçik kağız parçası verildi. Hər bir şagird kağıza maraqlı bir sual və onun cavabını yazdıqdan sonra kağızı şarların içərisinə yerləşdirdirdilər. Doldurulmuş şarlarla maraqlı oyun təşkil olundu. Uşaqlar əylənərək cütlər şəklində oyun içərisində bir –birindən maraqlı biliklər əldə etdilər. Dərsin sonunda şagirdlər bir-birlərinin sayəsində qazandıqları yeni bilikləri bir daha nəzərdən keçirdilər. Birlikdə belə bir nəticə əldə olundu ki, yeni biliklər, məlumatlar əldə etməyin özü də çox əyləncəli və maraqlıdır. Bizi düşündürən suallara cavab tapmaq özü də xoşbəxtlik, məmnunluq hissi yaradır. Buna görə də həyatımız boyunca maraqlanmalı və öyrənməliyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi