Maraqlarımız mövzusunda növbəti dərs keçirildi

29.11.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik dərsin mövzusu “ Maraqlarımız ” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən şagirdlərə maraq anlayışı ilə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, maraq insanların xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Sonra şagirdlərə hekayə oxunaraq ən maraqlı yerində yarımçıq kəsildi və hekayənin ardı növbəti dərsə saxlanıldı. Dərsin gedişində şagirdlər yoldaşlarının marağına səbəb olan rəsmlər çəkib onları birlikdə müzakirə etdilər. Şagirdlər rəsmlərdə maraq doğuran məqamlarla bağlı yoldaşlarına çoxlu suallar verir və maraqla bir-birlərini dinləyirdilər. Dərs boyu şagirdlərin marağına səbəb olan rəngarəng tapşırıqlar yerinə yetirildi. Bir daha şagirdlərə bildirildi ki, maraq öyrənmənin ilk addımıdır. Əgər maraq olmasa heç nə öyrənə bilmərik. Biz maraqlanaraq və qarşımıza çıxan suallara cavab taparaq inkişaf edir, yetkinləşirik.

Sonda şagirdlərə yerinə yetirmələri üçün mövzu ilə bağlı bir həftəlik ev tapşırığını özündə əks etdirən çalışma vərəqələri paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi