Duyğularımız, yaxşı ki, varsınız!- adlı dərs keçirildi

18.11.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik ikinci dərsin mövzusu “ Duyğularımız, yaxşı ki, varsınız! ” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Mövzunun yaxşı mənimsənilməsi üçün şagirdlər müxtəlif mətn nümunələri üzrə rollu oyunlara cəlb olunaraq duyğularını jest və mimikalar vasitəsilə ifadə etməyə, adlandırmağa başladılar. Sonra hər bir şagirdə altı təməl duyğunun- kədər, xoşbəxtlik, qorxu, təəccüb, qəzəb, sevinc- qeyd edildiyi çalışma vərəqəsi paylanaraq aşağıdakı təlimat verildi: “Əziz uşaqlar, sizlərə paylanan vərəqənin üzərində içi boş bir ürək şəkli var. Bu, sizin ürəyinizdir. Yan tərəfdə isə duyğularımızın adları yazılıb. Sizdən xahiş olunur hər bir duyğu üçün bir rəng seçərək yanındakı boş xananı o rəngdə boyayasınız.”

Şagirdlərdən xanaları boyadıqdan sonra növbəti təlimata uyğun olaraq keçən həftə ərzində hiss etdikləri duyğuları düşünmələri və boş ürək şəklini həmin rənglərə uyğun boyamaları xahiş olundu. Bildirildi ki, hər duyğunu yaşamaq normaldır. Ürəyinizi keçirmiş olduğunuz duyğuya görə boyaya bilərsiniz. Sonra şagirdlərdən rəngləmələrinə uyğun olaraq duyğularını və onların səbəblərini anlatmaları istənildi. Şagirdlərə ünvanlanan suallar cavablandırıldıqdan sonra duyğulara həsr olunan dərs – “ Duyğularımız bizi insan kimi var edən ən vacib sərvətimizdir! ”- nəticəsinə gələrək yekunlaşdı.

Sonda şagirdlərə həftə ərzində mövzu ilə bağlı işləmələri üçün çalışma vərəqələri paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi