“Heydər Əliyev və Azərbaycan” mövzusuna aid mühazirə keçirildi

Sentyabrın 15-də Bilik Fondunun təşəbbüsü ilə məktəbimizdə "Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi"nin baş məsləhətçisi Etibar Nəcəfov tərəfindən “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə keçirildi.Tədbirdə dahi şəxsiyyətin həyat və yaradıcılığından, hakimiyyətə qayıdışından sonra apardığı uğurlu daxili və xarici siyasətdən,ölkə iqtisadiyyatının güclənməsindən,ordu quruculuğundakı islahatlardan,dünya təcrübəsinə söykənən dövlət idarəetməsindən söhbət açıldı. Mühazirə şagirdlərin böyük marağına səbəb oldu. Azərbaycanın şanlı tarixinə çevrilmiş bu fenomen şəxsiyyətin həyat yolu haqqında aparılan mühazirənin məhz "Bilik günü"nə təsadüf etməsi şagirdlərin gələcəkdə öz həyat yollarında qazanacaqları uğurların başlanğıcı oldu.