Bilik günü
Sentyabrın 15-də bütün ümumtəhsil ocaqlarında olduğu kimi, M.Müşfiq adına 18№-li tam orta məktəbdə də “Bilik günü” təntənəli şəkildə qeyd olundu. Məktəbin direktoru R.Süleymanova tədbiri açıq elan edərək öz ürək sözlərini bütün tədbir iştirakçılarına və birincilərə söylədi. Tədbirdə iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri Zöhrab Cəfərov və Azad Niyazov bütün şagirdləri Bilik günü münasibətilə ürəkdən təbrik edərək, onlara müvəffəqiyyətlər arzuladılar. Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Məktəbimizin istedadlı şagirdləri rəqs və ifaları ilə tədbirə rəng qatdılar. Sonda uşaqların ifasında səslənən ‘’Dostluq himni ‘’ ilə tədbir sona çatdı.