Şagirdlərin mənəvi dəyərlərinin yüksəldilməsinə həsr olunmuş dərs keçirildi

 

12.11.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə ilk dərs keçirildi. 45 dəqiqəlik ilk dərsin mövzusu “Şükran ağacı” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən şagirdlərə şükran anlayışı ilə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, şükran həyatımızda gerçəkləşən yaxşı hadisələrin dəyərini bilmək, həyata keçən bu reallıqlarla bağlı məmnun olmaq, xoşbəxtlik hiss etmək və bu hisslərimizi ifadə etməyi bacarmaq mənasını verir. Mövzu ilə bağlı şagirdlərlə birlikdə nümunələr nəzərdən keçirildi. Şagirdlərə “Şükran ağacı”nın hekayəsi oxundu. Sonra şagirdlər təqdim olunan yarpaqların bir üzünü istədikləri rənglə boyadılar, yarpaqların digər üzünə isə onlara şükran duyğusunu yaşadan bir halı yazaraq və haqqında danışaraq lövhədə asılan şükran ağacına yapışdırdılar.Bundan sonra şagirdlərə düşündürücü suallar verildi: Sahib olduğunuz şeyləri düşündükcə özünüzü necə hiss edirsiniz?, Sizə qarşı edilən yaxşılıq sizdə hansı hisslər doğurur?, Təşəkkür etmək nə üçün lazımdır? və s. Şagirdlərə bildirildi ki, şükran duyğumuz inkişaf etdikcə özümüzü daha yaxşı hiss edəcək və daha xoşbəxt olacağıq. Buna görə də tez-tez sahib olduqlarımızı düşünüb bizə edilən yaxşılıqları dəyərləndirməli, təşəkkür etməyi bacarmalıyıq. Sonda şagirdlərə bir həftəlik ev tapşırığı verildi. Çalışma vərəqələri paylanaraq hər günün sonunda şükran duyduqları bir şeyi qeyd etmələri tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi