Dövlətçilik rəmzi
Məktəbimizdə noyanrın 12-də Konstitusiya Gününə həsr olunmuş açıq dərs keçirildi. Dərsdə Konstitusiya Günü haqqında ətraflı məlumat verildi. Dövlətin əsas qanunu sayılan Konstitusiyamızın yaranmasından, inkişaf yolundan söhbət açıldı. Şagirdlər onu da qeyd etdilər ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər H. Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən biridir. Sonra şagirdlər xüsusi kompozisiya ilə çıxış edərək, öz təqdimatlarını nümayiş etdirdilər.