Qürurun təntənəsi

Bu gün məktəbimizdə Zəfər gününün 1-ci ilinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan şagirdlər müəllim və şagird kollektivini Zəfər günü münasibətilə təbrik etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şagirdlər bu günün qürur və sevincini  bizə yaşatdıqları üçün canını vətən yolunda qurban verən bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə məktəbin direktoru, direktor müavinləri və şəhid ailələri də iştirak edirdi. Şagirdlərin hazırladıqları “Əsgər məktubu” kompozisiyası auditoriya tərəfindən maraqla qarşılandı. 3-cülərin təşkil etdikləri rəqslər tədbiri daha da rəngarəng etdi. Məktəbin xor dərnəyi də Zəfər günündə öz mahnıları ilə hər kəsi təbrik etdi. Tədbirə qonaq qismində dəvət edilmiş şəhid Rəşad Quliyevin anası və həyat yoldaşı, şəhid Telman Kəlbiyevin həyat yoldaşı şagirdlərə çıxışlarına görə təşəkkürlərini bildirərək, onları hər zaman elmə, biliyə yiyələnməyə, vətənpərvər ruhda böyüməyə və bu yolda ölümün ən şərəflisini yaşayan şəhidləri unutmamağa, unutdurmamağa səslədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi