Qubadlı və Zəngilan rayonlarının azad edilməsindən bir il ötür

        Bu gün məktəbimizdə 5-cilər tərəfindən Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə müəllimlər və məktəb rəhbərliyi iştirak edirdi. Şagirdlər Qubadlı və Zəngilan inzibati rayonlarının qədim tarixi¸ əhalisi¸coğrafiyası¸iqtisadiyyatı haqqında geniş məlumat verdilər . I Qarabağ müharibəsi zamanı qeyri-bərabər döyüşdə erməni silahlı qüvvələri tərəfindən işğal olunmasını vurğuladılar. Sonra  şagirdlər 44 günlük müharibədə Azərbaycanın dilbər guşəsi olan bu rayonların müzəffər ordumuz tərəfindən öz doğma sakinlərinə qaytarılmasından fəxrlə danışdılar. Doğma torpaqları uğrunda savaşda şəhid olan Sükür Həmidov və Əliyar Əliyevin döyüş yoluna nəzər saldılar və onların adını hər zaman uca tutacaqlarına söz verdilər. Azad olunmuş bu torpaqların onlar üçün əziz və dəyərli olduğundan söhbət açdilar. Şagirdlər rayonların işğaldan azad edilməsi nəticəsində tarixi memarlıq abidələrimizin də erməni əsarətindən qurtulduğunu dilə gətirdilər. Zəngilanda və Qubadlıda mövcud olan qədim insan məskənlərinin ¸mağaraların¸tarixi–dini abidələrin¸ qalaların erməni vandalları tərəfindən dağıdıldığını təəssüflə qeyd etdilər. Sonda onlar Qarabağin bu gözəl guşələrində olmaq arzusu ilə tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi