Şagirdlərin adaptasiyası

19 oktyabr 2021-ci il tarixdə Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə İbtidai təhsil pilləsindən ümumi orta təhsil pilləsinə keçid - Şagirdlərin adaptasiyası mövzusunda tədbir keçirildi.Tədbirdə müəllimlər, valideynlər, BŞTİ Təhsilə Dəstək Mərkəzinin əməkdaşı, metodist psixoloq Əziz Kərimov və Yasamal rayon məktəblərində fəaliyyət göstərən psixoloqlar iştirak edirdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açdı.Sonra məktəbin psixoloqu Arzu Məmmədova mövzu ilə bağlı məruzə etdi. Adaptasiya anlayışının elmi şərhinə nəzər saldıqdan sonra, 5-ci sinif şagirdlərinin yaş xüsusiyyətləri baxımından adaptasiya prosesinin ümumi mənzərəsi, səviyyələri, çətin adaptasiyanın fəsadları və uğurlu adaptasiyaya nail olmağın yolları haqqında ətraflı məlumat verildi. Metodist psixoloq Əziz Kərimovun çıxışından sonra tədbir iştirakçılarının sualları cavablandırıldı və mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi