Məktəbimizin həyətində möhtəşəm “son zəng”tədbiri keçirildi

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun aparıcı məsləhətçisi Namiq Ağayev, məktəbin direktoru Rəna Süleymanova, məktəbin təşkilati məsələlər üzrə müavini Rəvanə Məmmədova, məzunlar, valideynlər iştirak etdilər. Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxış edərək məktəbin kollektivinin səriştəli pedaqoji fəaliyyətindən söz açdı. Məzunlara müstəqil həyatda dövlətimizə layiqli vətəndaşlar olmağı, səmərəli fəaliyyətlə məşğul olmağı tövsiyyə etdi. Tədbirin təşkilatçılarına uğurlar diləyərək məzunları təbrik etdi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun aparıcı məsləhətçisi Namiq Ağayev çıxış edərək məzunları təbrik etdi. Onlara gələcək həyatlarında uğurlar arzuladı.Tədbirin sonunda məktəbin direktoru Rəna Süleymanova çıxış edərək tədbir iştirakçılarını rəhbərə məxsus tərzdə salamladı. Məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq vətənimizə sağlam, sədaqətli, qayğıkeş, mübariz, vətənpərvər, ziyalı, xoşbəxt vətəndaşlar olmağı tövsiyyə etdi. Sonda qeyd etdi ki, müstəqil həyata qədəm qoyan hər bir məzun addımlarına diqqət etməli, əsil şəxsiyyət kimi formalaşmalıdır.