"Tam doğan Günəşim" Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Bu gün məktəbimizdə  “Tam doğan Günəşim” adlı Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada  məktəbin 10-cuları iştirak edirdilər. Onlar 18 oktyabr Müstəqillik Günü və bu günün tarixi haqqında məlumat verdilər. Qədim və zəngin tarixi keçmişə malik xalqımızın azad yaşayış və müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu  bir yol keçərək  qəhrəmanlıq salnaməsi yazmasından söhbət açdılar.Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın, nəhayət ki¸ ötən əsrin əvvəllərində əldə etdiklərindən və sonralar xalqlar birliyi tərəfindən işğal olunaraq əsarətdə yaşamasından danışdılar. Lakin xalqın istiqlal arzusunun heç bir zaman sönməməsi və Azərbaycan adlı məmləkətin daim dünyaya şəfəq saçmasını qürurla vurğuladılar. Bu gün müstəqilliyimizin bərpasından 30 il ötür və bu xalq 1991-ci ildən sonra ilk dəfə  bayramı öz ərazi bütövlüyünü bərpa etmiş¸qalib xalq kimi qeyd edir. Şagirdlər bu günün memarı olan Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun şanlı qələbəsindən fəxrlə çıxış etdilər. Sonra onlar ədəbi bədii kompozisiya ilə tədbirə xüsusi rəng qatdilar. Tədbir şagirdlərin hazırladiqları video-çarxla yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi