Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Oktyabrın 4-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlər başladı. Məktəbimizin 5 yaşlıları da ilk dəfə olaraq məktəbə qədəm qoydular. Bu il məktəbimizdə Azərbaycan və rus bölmələri üzrə 5 məktəbəhazırlıq qrupu olmaqla,130 şagird təhsilə başladı. Qrupların 2-si rus, 3-ü Azərbaycan bölməsi üzrə fəaliyyətdədir. Əsas məqsədi əhatə olunan mühitə uyğunlaşmağı, ünsiyyət, birgə fəaliyyət bacarığına yiyələnməyi və ibtidai təhsil pilləsinə keçidi təmin etməkdən ibarət olan bu qruplarda şagirdlərin zehni, fiziki bacarıqları da inkişaf etdirilir. Şagirdlərimiz böyük həvəslə məşğələlərə başladılar və onlara ilk addımlarında böyük uğurlar arzulayırıq.