Gənc müəllimlərə dəstək
Bu gün MİQ imtahanlarından müvəffəqiyyətlə keçib məktəbimizə təyinat alan gənc müəllimlərin dərsləri dinlənildi. Məqsəd gənc müəlllimlərin ehtiyaclarını ödəmək və onların müəyyən çətinliklərinin aradan qaldırılmasına xidmət etməkdir. Gənc müəllimlərin tədrisi müasir standartlar əsasında nə dərəcədə qura bilmək qabiliyyəti, emosional durumu, ünsiyyət qurma qabiliyyəti, sinfi idarəetmə və liderlik bacarığı müəyyənləşdirildi, həmçinin yeni təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kollektivə adaptasiyası üçün də məktəb rəhbərliyi tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Dərslərin dinlənilməsi mütəmadi olaraq davam etdiriləcək, gənc müəllimlərə rəhbərlik və kollektiv tərəfindən daim dəstək olacaqdır.