“Narkomaniya Ümumbəşəri Bəladır”

07.06.2016 tarixində məktəbimizdə “Narkomaniya Ümumbəşəri Bəladır” mövzusunda tədbir keçirildi. Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı İsfəndiyar Mehbalıyev , Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Emil Məmmədov , Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rəhman İsmayılov iştirak edirdi. Tədbirdə çıxış edən Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsindən, bu bəlanın qurbanlarından və narkotik maddələrin insan sağlamlığına vurduğu bərpa edilməz ziyanından söbət açdı. Şagirdlər onları maraqlandıran sualları digər polis əməkdaşlarına ünvanlandıraraq dolğun cavablar aldılar. Sonda məktəbin direktoru Rəna Süleymanova təhsil ocaqlarında bu cür maarifləndirici seminarların keçirilməsinin təqdirə layiq olduğunu nəzərə çatdırdı.