Zəfər gününün başlanğıcı
Bu gün məktəbimizdə 27 sentyabr Anım günü qeyd olundu. Məktəbin hər bir sinfində təntənəli anım mərasimi təşkil edildi. Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinin başladığı gündür. Bü gün münasibətilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərərək şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin həyətyanı sahəsində bütün ibtidai sinif şagirdlərinin iştirakı ilə anım tədbiri təşkil edildi. Tədbiri açıq elan edən R. Süleymanova tarixi qələbəmizdən, xalqımızın əzm və iradəsindən söhbət açdı. Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına və tarixi qalibiyyətlə qurtarmasına təkan verən amillərdən söhbət açdı. Sonra o, tədbirdə iştirak edən, xüsusi dəvət olunmuş qonaqları şagirdlərə təqdim etdi. Qonaqlar Vətən müharibəsində keçdikləri döyüş yolundan fəxr və qürurla söhbət açdılar. Qazi və şəhid ailələrindən olan qonaqlarımız da öz çıxışlarında şagirdlərə hər zaman vətəni sevməyi və qəhrəmanlarımız kimi örnək olmağı onlara tövsiyə edərək, işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunmasından qürurla söhbət açdılar. Daha sonra III sinif şagirdləri hazırladıqları bədii kompozisiya ilə çıxış etdilər. Sonda məktəbin xor dərnəyinin ifasında “Zəfər yolu” mahnısı səsləndirildi.