27 Sentyabr-Anım günü

 Bu gün Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.  Prezident İ. Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsini qerara almışdır.

Qərara əsasən, bu gün məktəbimizdə də qeyd edildi. Belə ki, məktəbin bütün siniflərində ilk dərslər məhz bu günə aid video-roliklər nümayiş etdirildi, söhbətlər aparıldı. Məktəbin 1ç sinfində Anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirə Vətən müharibəsində şücaətlə vuruşmuş qazilər dəvət edilmişdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbir uşaqların hazırladıqları şeir kompozisiyalari və vide-roliklərlə davam etdi. Təqdim edilən video-roliklər əsgərlərimizin böyük əzmlə keçdikləri döyüş yolundan, cəsarət və şücaətlə qazandıqları qələbə sevincinin əks edildiyi fraqmentlərdən  ibarət idi. Tədbirdə iştirak edən qazi və şəhid qohumları təşkil edilən bu gün münasibətilə məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirib birinciləri hər zaman Vətəni sevməyə, onu qorumağa səslədilər və lazim gələrsə, yenidən Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi